İyul ayında 63 nəfər yol qəzasında ölüb

İyul ayında 63 nəfər yol qəzasında ölüb
  03 Avqust 2017    Oxunub:1536
İyul ayında respublikanın avtomobil yollarında 123 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 63 nəfər ölüb, 204 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti