Rusiyada 160 hərbçi arasında dava: 14 nəfər bıçaqlanıb (FOTOLAR)

Rusiyada 160 hərbçi arasında dava: 14 nəfər bıçaqlanıb (FOTOLAR)
  03 Avqust 2017    Oxunub:1843
Rusiyanın Sverdlovsk vilayətindəki Yelan 473-cü kiçik hərbi mütəxəssislərin təlim mərkəzində kütləvi dava baş verib. AzVision.az xəbər verir ki, bu barədə “URA.ru” saytına təlim mərkəzindəki mənbə deyib.
Adı çəkilməyən şəxs qeyd edib ki, dava Tuvadan olan müqaviləli 60 hərbçi ilə yerli qarnizonun 100 əsgəri arasında baş verib. Belə ki, üç ay əvvəl Tuvadan mərkəzə gələn 60 müqaviləli hərbçi təlimini bitiriblər. Bu münasibətlə onlar spirtli içki alaraq təlimi başa vurmalarını qeyd etmək istəyiblər.



İçdikdən sonra qarnizondakı hərbçilərin onlara verdikləri işgəncəni yada salıblar. Və bundan sonra bıçaq və kustar üsulla hazırlanan soyuq silahları götürərək onların kazarmasına hücum ediblər. Dava nəticəsində 14 nəfər bıçaqlanıb. Onlardan 13-ü müqaviləli, biri isə zabitdir. Yaralı şəxslər dərhal hərbi hospitala aparılıb.



“Hadisəyə görə Yelan təlim mərkəzinə Rusiya Mərkəzi Hərbi Dairəsi Komandanlığının müavini, general-leytenant Xasan Kaloyevin başçılığı altında işçi komissiya gəlib. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır” – deyə mənbə bildirib.

Qeyd edilib ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu yoxlama məqsədi ilə Sverdlovsk vilayətinə səfər edəcək.

AzVision.az


Teqlər: Rusiya   Hərbçi   Dava  





Xəbər lenti