Metroda cibgir tutulub

Metroda cibgir tutulub
  01 Avqust 2017    Oxunub:1451
Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir.

Qeyd olunub ki, şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

AzVision.az


Teqlər: DİN   metro  





Xəbər lenti