Gülnarə Kərimova həbs olundu - Korrupsiya qalmaqalı

Gülnarə Kərimova həbs olundu - Korrupsiya qalmaqalı
  28 İyul 2017    Oxunub:76991
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə üzrə İdarəsi məlumat yayıb.
Məlumata əsasən Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

"TASS" agentliyi isə yazır ki, Gülnarə Kərimova 2015-ci ildə saxlanılıb və ona beş il həbs cəzası verilib. Hazırda həbsdə olan Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Özbəkistan  





Xəbər lenti