İranda 2 yaşlı Zəhranın qətli ilə bağlı kampaniya başladılıb
Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib. "Yolpress" elan edib ki bu addımı siyasi, irq və coğrafiya bölgüləri nəzərə almadan atılıb və gələcəkdə də oxşar cinayətlər törədilərsə, pislənəcək: "Məqsədimiz uşaqların öldürülməsini pisləməkdir. Biz imzaları topladıqdan sonra tezliklə onları ölkənin siyasi və diplomatik rəsmilərinə təqdim edəcəyik".
Redaksiyası Urmiya şəhərində yerləşən "Yolpress" Azərbaycan və fars dilində yayımlanan mətbu orqandır. Əsasən Şərqi və qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


