AŞPA həmməruzəçiləri Bakı və İrəvanı danışıqlara çağırdı

AŞPA həmməruzəçiləri Bakı və İrəvanı danışıqlara çağırdı
  07 İyul 2017    Oxunub:1247
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.
AzVision.az AŞPA-nın saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında qeyd olunub.

Həmməruzəçilər tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Nümayəndələr eyni zamanda münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: AŞPA   Alxanlı   Füzuli  





Xəbər lenti