Kitablar ucuzlaşdı

Kitablar ucuzlaşdı
  01 Mart 2013    Oxunub:2228
Kitab sərgiləri martın 10-dan başlayacaq.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf” nəşriyyatı arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, paytaxt ərazisində yerləşən 40-dan çox mədəniyyət evinin qarşısında səyyar kitab sərgiləri təşkil olunacaq.

“Hədəf” nəşriyyatının mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bu tədbir “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçiriləcək. Martın 10-dan başlayacaq kitab sərgilərindən əsas məqsəd Bakının müxtəlif kənd və qəsəbələrinin sakinləri üçün kitabla bağlı yeniliklərdən xəbər tutmaq və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir. Layihə hər həftənin sonu bir mədəniyyət evinin qarşısında keçiriləcək. Tələbatın yüksək olduğu yerlərdə sərgilərin müəyyən bir vaxtdan sonra təkrar keçirilməsi də nəzərdə tutulub.

Məlumatda bidirilir ki, sərgilərdə Bakı sakinləri həm “Hədəf”in , həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaqlar. Sərgi-yarmarka çərçivəsində abituriyent və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da faydalı test bankları və dərs vəsaitlərini ala biləcəklər.

Sərgilərin aylıq proqramı barədə isə yaxın günlərdə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti