Vəbadan ölənlərin sayı 1500 nəfəri ötüb

Vəbadan ölənlərin sayı 1500 nəfəri ötüb
  02 İyul 2017    Oxunub:1394
Yəməndə vəba epidemiyasından ölənlərin sayı 1500 nəfəri ötüb.
AzVision.az “Röyters”ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zaqarianın sözlərinə görə, hazırda ölkədə vəba xəstəliyinə 246 min yoluxma halı qeydə alınıb.

UNİCEF ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayının 300 min nəfərə çatacağını proqnozlaşdırır.

AzVision.az


Teqlər: Yəmən   Vəba  





Xəbər lenti