Moldovanın baş naziri AŞPA-da Qarabağ məsələsini qaldırdı

Moldovanın baş naziri AŞPA-da Qarabağ məsələsini qaldırdı
  27 İyun 2017    Oxunub:3280
Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

Bunu Moldovanın baş naziri Pavel Filip Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.
Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən baş nazir, Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb.

Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunaraq bu münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb. (Report.az)

AzVision.az


Teqlər: AŞPA   Qarabağ   Moldova  





Xəbər lenti