Ərəbistan kralı varisini taxtdan məhrum etdi

Ərəbistan kralı varisini taxtdan məhrum etdi
  21 İyun 2017    Oxunub:4205
Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib. AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.
Şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub.O, həmçinin müdafiə naziri vəzifəsini də icra edəcək.

Məhəmməd bin-Naif əl-Səud yalnız varis titulundan məhrum edilməklə yanaşı baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Səudiyyə-Ərəbistanı  





Xəbər lenti