"Bütün müsəlmanları öldürəcəyəm" - London terrorçusu

"Bütün müsəlmanları öldürəcəyəm" - London terrorçusu
  20 İyun 2017    Oxunub:8903
Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin kimliyi açıqlanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktını törədən şəxs 47 yaşlı Uels vətəndaşı Darren Osbornedir.
O, həbs olunarkən "bütün müsəlmanları öldürəcəyəm. Mən üzərimə düşəni etdim" deyə gülümsəyib.

Qeyd edək ki, Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti