Xaçmazda polis əməkdaşları qəzaya düşüb

Xaçmazda polis əməkdaşları qəzaya düşüb
  14 İyun 2017    Oxunub:3480
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Fakt araşdırılır.

AzVision.az


Teqlər: Xaçmaz   Qəza   Polis  





Xəbər lenti