Ərdoğanla Tramp Qətər böhranını müzakirə edəcək

Ərdoğanla Tramp Qətər böhranını müzakirə edəcək
  13 İyun 2017    Oxunub:1331
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp Qətər ətrafında yaranan mövcud siyasi vəziyyəti müzakirə edəcəklər.
AzVision.az “Hurriyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:

“Prezidentimiz yaxın günlərdə ABŞ prezidenti Donald Trampla telefonla danışacaq. Söhbət zamanı tərəflər Qətərdəki vəziyyəti müzakirə edəcəklər”.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda təqsirləndirərək Qətərlə diplomatik əlaqələri kəsdiklərini elan ediblər. Sonradan Yəmən, Liviyanın müvəqqəti hökuməti, habelə Maldiv, Mavritaniya, Komor adaları da analoji addım atıblar. Cibuti Qətərlə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb, Seneqal Dohodakı səfirini geri çağırıb.

Türkiyə parlamenti iyunun 7-də türk hərbi qulluqçularının Qətərdəki bazada yerləşdirilməsinə və bu ölkə ilə jandarma təlimləri üzrə əməkdaşlığa icazə verən qanun qəbul edib.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Qətər  





Xəbər lenti