Yasamalda yaşayış binasında yanğın olub

Yasamalda yaşayış binasında yanğın olub
  12 İyun 2017    Oxunub:1168
Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 6 p.m elektrik kabeli yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti