Yəməndə 860 nəfər vəbadan ölüb

Yəməndə 860 nəfər vəbadan ölüb
  11 İyun 2017    Oxunub:1008
Yəməndə bu ilin aprelin 27-dən indiyədək 860 nəfər vəba xəstəliyindən ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, vəba xəstəliyi Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır.

Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

Yəməndə ölüm səviyyəsi o həddə çatıb ki, hər saatda bir nəfər vəbadan ölür.

AzVision.az


Teqlər:





Xəbər lenti