Zığ-Hava limanı yolunda təmir işləri aparılır

Zığ-Hava limanı yolunda təmir işləri aparılır
  09 İyun 2017    Oxunub:1413
Zığ-Hava limanı avtomobil yolunda profilaktik tədbirlərin görülməsinə başlanılır.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bir müddət ərzində sözügedən yolda təmir işləri görüləcək.

Profilaktik təmir işlərinin görüldüyü 1 zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırlaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.
Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti