Bakı bulvarında intihar – Özünü dənizə atdı

Bakı bulvarında intihar – Özünü dənizə atdı
  09 İyun 2017    Oxunub:2254
Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Bulvar   İntihar   FHN  





Xəbər lenti