Müsəlman ölkəsində faciə - Hər saatda bir nəfər ölür

Müsəlman ölkəsində faciə - Hər saatda bir nəfər ölür
  08 İyun 2017    Oxunub:1838
Aprelin 27-dən bəri Yəməndə yayılan vəba xəstəliyi nəticəsində 727 nəfər ölüb.
AzVision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilən məlumata görə, xəstələrin ümumi sayı 91 mindən çoxdur.

Yəməndə ölüm səviyyəsi o həddə çatıb ki, hər saatda bir nəfər vəbadan ölür. Ölkənin 23 vilayətindən 19-da vəbadan ölüm faktı qeydə alınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Yəmən   Vəba  





Xəbər lenti