Ermənilərin Ağdamda törətdiyi yanğın yaşayış məntəqələrinə çatıb

Ermənilərin Ağdamda törətdiyi yanğın yaşayış məntəqələrinə çatıb
  08 İyun 2017    Oxunub:1886
Ermənistan silahlı qüvvələrinin dünən Ağdamın işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğın təmas xəttini keçərək rayonun Çıraqlı kəndinin ərazisinə çatıb.
Alovun kəndə yayılmasının qarşısı alınsa da, kəndin ətrafında və təmas xəttində olan otlaq sahələri və ağaclar yanıb.

Kənd sakinlərinin bildirdiyinə görə, tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və ilanların yaşayış məntəqələrinə yayılması müşahidə olunub. Yanğın gecə boyu davam edib. (APA)

AzVision.az


Teqlər: Ağdam   Yanğın  





Xəbər lenti