Qubernator Trampa qarşı çıxdı: "Məni ölkədən qovsunlar"

Qubernator Trampa qarşı çıxdı: "Məni ölkədən qovsunlar"
  08 İyun 2017    Oxunub:1671
"Əgər Ağ Ev immiqrantları deportasiya etmək istəyirsə, qoy onda məndən başlasınlar" AzVision.az “Fox News”-a istinadən xəbər verir ki, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo bildirib.
Babası İtaliyadan ABŞ-a immiqrasiya edən Kuomo bəyan edib ki, Nyu-York ştatının formalaşdığı ərazidə yaşamış onondaqa, mohauk və digər qəbilələrdən olmayan hər kəsi immiqrant adlandırmaq olar.

Qeyd edək ki, Tramp prezident andiçmə mərasimindən sonra immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi barədə təşəbbüslə çıxış edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qubernator   Tramp  





Xəbər lenti