Parisin mərkəzində polisə hücum - Yenilənib

Parisin mərkəzində polisə hücum - Yenilənib
  07 İyun 2017    Oxunub:1672
Parisin mərkəzində - Notr-Dam kilsəsi önündə polisə hücum edilib.
"Anadolu" agentliyi xəbər verir ki, çəkiclə silahlanmış şəxs kilsənin yaxınlığında polis patruluna hücum çəkib. Polislərdən biri başından

zədə alıb, digəri isə atəş açaraq hücum edən şəxsi yaralayıb. Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. İnsanlar vahimə içərisində hadisə yerindən uzaqlaşmağa başlayıblar.

İnsident zamanı kilsənin içərisində 900 nəfərədək insan olub. Polis onlardan binanı tərk eməməyi xahiş edib və hücumla əlaqəsi ola biləcək şəxsləri axtarır.

BFM telekanalı hücum edənin 40 yaşlarında Əlcəzair əsilli tələbə olduğu barədə məlumat yayıb.

Fransanın daxili işlər naziri Gerard Collomb hadisə yerinə gəlib. Mətbuata açıqlama verən nazir hücum edən şəxsin əlində bir çəkic və bıçaq olduğunu və hücumu təkbaşına həyata keçirdiyini bildirib.

Nazirin sözlərinə görə, həmin şəxs polisə zərbə endirərkən “bu, Suriya üçündür”, - deyə qışqırıb.

Paris Notr-Dam kilsəsini hər gün təxminən 30 min nəfər ziyarət edir.

***
Parisin mərkəzində çəkic və iki bıçaqla silahlanmış naməlum şəxs polis əməkdaşlarına hücum edib. Nəticədə bir asayiş keşikçisi xəsarət alıb.

AzVision.az xarici KİV-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində Notr-Dam kilsəsinin yaxınlığında baş verib.

Polisin açdığı atəş nəticəsində hücum edən şəxs sinəsindən yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb. Polis sakinlərə əməliyyatın keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

AzVision.az


Teqlər: Fransa   Paris  





Xəbər lenti