Putin və Ərdoğan arasında Qətər danışıqları

Putin və Ərdoğan arasında Qətər danışıqları
  06 İyun 2017    Oxunub:2331
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, prezidentlər telefon danışığı zamanı Qətər ətrafında vəziyyəti müzakirə ediblər.
“Dövlət başçıları Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar”, - məlumatda qeyd edilib.

Söhbət zamanı həmçinin vurğulanıb ki, Yaxın Şərqdə yaşanan kəskin böhranın aradan qaldırılması və terror təhdidləri ilə mübarizə beynəlxalq ictimaiyyət sıx təmas və əlaqələndirmə tələb edir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib. (APA)

AzVision.az


Teqlər: Ərdoğan   Putin   Qətər   Türkiyə   Rusiya  





Xəbər lenti