Bakıda 35 yaşlı qadın qətlə yetirilib

Bakıda 35 yaşlı qadın qətlə yetirilib
  05 İyun 2017    Oxunub:1646
Bakıda qətlə yetirilmiş qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti