Ötən il qaçırılan maşın tapıldı

Ötən il qaçırılan maşın tapıldı
  03 İyun 2017    Oxunub:1632
Ötən gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan post-patrul bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılaraq zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu polis bölməsinə gətirilib.

Bölmənin əməkdaşlarının təxirə salınmadan həyata keçirdikləri əməliyyat tədbirləri ilə həmin avtomobilin Bakıda yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olması, həmçinin üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobilə məxsus olması aşkar edilib.

Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyənləşib.

Faktla əlaqədar cinayət işi başlanılıb, V.Əliyev şübhəli şəxs qismində tutulub, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti