Filial direktorunun ölümü ilə bağlı rəsmi məlumat

  25 Aprel 2017    Oxunub : 935
Filial direktorunun ölümü ilə bağlı rəsmi məlumat
Daxili İşlər Nazirliyi (DİN) "Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

AzVision.az

Teqlər: DİN