Bakıda yanğın olub: 10 nəfər təxliyə edilib

Bakıda yanğın olub: 10 nəfər təxliyə edilib
  10 Aprel 2017    Oxunub:1092
Bakıda çoxmərtəbəli binada yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m2 və eyvan 2 m2 sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Bakı   Yanğın  





Xəbər lenti