“Təzə bazar”da yanğın olub

“Təzə bazar”da yanğın olub
  04 Aprel 2017    Oxunub:1264
Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 hektar olan “Təzə bazar” ərazisində birmərtəbəli mağazalar yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Bakı   Yanğın   FHN  





Xəbər lenti