Çayda batan 5 yaşlı uşağın meyiti tapılıb

Çayda batan 5 yaşlı uşağın meyiti tapılıb
  03 Aprel 2017    Oxunub:1088
Göyçay rayonunda çaya düşərək dünyasını dəyişən azyaşlı uşağın meyiti tapılıb.

Göyçay şəhər sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı martın 30-da Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya yıxılıb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Çayda su çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran dalğıc-axtarış qrupunun əməkdaşları və uşağın yaxınları çayda axtarış işlərini 4 gün davam etdiriblər. Axtarış işləri aparmaq üçün çayda suyun qarşısı kəsilib, istiqaməti dəyişdirilib.

Bu gün axşam saat 20:00 radələrində uşağın meyiti çaya düşdüyü yerdən 200 metr aralıdan tapılaraq valideynlərinə təhvil verilib. Məlumata görə, uşaq öz valideynləri ilə birgə çayın kənarında olub. Uşağın atası çayda balıq tuturmuş, anasının nəzarətindən kənarda qalan azyaşlı çaya düşüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Göyçay   Meyit   Uşaq  





Xəbər lenti