Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb
  02 Aprel 2017    Oxunub:1661
Sabirabad rayonu, Cavad kəndində yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Cavad kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Sabirabad  





Xəbər lenti