4 yaşlı Mətləbin yanmış meyiti tapılıb

4 yaşlı Mətləbin yanmış meyiti tapılıb
  01 Aprel 2017    Oxunub:2447
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində güclü yanğın baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən verdiyi məlumata görə, martın 31-də saat 21 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində qəsəbə sakini Şahmar Vəliyevin evində yanğın baş verib.

Nəticədə evin 50 kvm. sahəsində ev əşyaları yanıb, yanğın söndürüldükdən sonra isə Ş.Vəliyevin oğlu 4 yaşlı Mətləbin yanmış meyiti tapılıb.

AzVision.az



Teqlər: FHN   Sumqayıt   Yanğın  





Xəbər lenti