Biləsuvarda İran vətəndaşından 5 kq narkotik götürülüb

Biləsuvarda İran vətəndaşından 5 kq narkotik götürülüb
  01 Aprel 2017    Oxunub:1604
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürülüb.

AzVision.az


Teqlər: İran   narkotik  





Xəbər lenti