Zaqatalada 4 otaqlı ev yanıb

Zaqatalada 4 otaqlı ev yanıb
  01 Aprel 2017    Oxunub:1207
Zaqatalada yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 100 m2 sahədə və 1 otağın ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Zaqatala   Yanğın   FHN   Ev  





Xəbər lenti