Yasamalda ikimərtəbəli ev yanıb

Yasamalda ikimərtəbəli ev yanıb
  01 Aprel 2017    Oxunub:929
Bakının Yasamal rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evin 2-ci mərtəbəsində vanna otağı 5 kvadratmetr sahədə, dəhlizin qapı-pəncərəsi və döşəməsi 10 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Bakı   Yanğın   Yasamal  





Xəbər lenti