Sumqayıtda 7 otaqlı ev yanıb

Sumqayıtda 7 otaqlı ev yanıb
  31 Mart 2017    Oxunub:1106
Sumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Sumqayıt   FHN   yanğın  





Xəbər lenti