17 yaşlı qız özünü binadan yerə atıb

17 yaşlı qız özünü binadan yerə atıb
  31 Mart 2017    Oxunub:2289
Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib.

2000-ci il təvəllüdlü Natavan Quliyeva özünü Hövsan qəsəbəsində yerləşən binanın 7-ci mərtəbəsindən yerə atıb.

Zərərçəkmiş 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.(Report.az)

AzVision.az


Teqlər: Bakı   İntihar  





Xəbər lenti