Bakıda ev yanıb, 1 nəfər xəsarət alıb

Bakıda ev yanıb, 1 nəfər xəsarət alıb
  26 Mart 2017    Oxunub:1025
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağın yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti