Rusiyada azərbaycanlı gənc yoxa çıxıb

Rusiyada azərbaycanlı gənc yoxa çıxıb
  26 Mart 2017    Oxunub:2332
Rusiyada Azərbaycan əsilli gənc itkin düşüb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü, Məmmədov Vüsal Nizami oğlu Murmansk şəhərindən taksi ilə çıxıb və həmin vaxtdan ondan heç bir xəbər yoxdur.

Vüsal evdən çıxanda üzərində tünd rəngli gödəkçə və şalvar, həmçinin qara çəkmə olub. Onun boyu 170 sm, bədən quruluşu ortadır.

Görənlərdən bu nömrəyə xəbər verməsi xahiş olunur: (8152) 42-23-72.

AzVision.az


Teqlər: Rusiya   İtkin   Gənc  





Xəbər lenti