Bakıda üzük əməliyyatı

Bakıda üzük əməliyyatı
  26 Mart 2017    Oxunub:1362
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 09:44-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Üzük   Əməliyyat  





Xəbər lenti