İsmayıllıda 5 otaqlı ev yanıb

İsmayıllıda 5 otaqlı ev yanıb
  25 Mart 2017    Oxunub:1074
İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti