Bakıda ikimərtəbəli ev yanıb

Bakıda ikimərtəbəli ev yanıb
  25 Mart 2017    Oxunub:870
Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1180 m2 olan ikimərtəbəli 11 otaqlı mansard tipli evin mansardının tavanının yanar konstruksiyaları və dam örtüyü 280 m2 sahədə yanıb.

Mansardın qalan hissəsi və otaqlar yanğından mühafizə olunub. Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti