Şəmkirdə 78 yaşlı qadın döyülüb

Şəmkirdə 78 yaşlı qadın döyülüb
  23 Mart 2017    Oxunub:1482
Şəmkirdə yaşlı qadın mübahisə zəminində döyülüb. Vəziyyəti orta-ağırdır.
Hadisə günorta saatlarında, Şəmkir şəhərində baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Məmmədova Zəhra Əli qızı məlum olmayan səbəbdən tanıdığı şəxslə mübahisə edib. Bu zaman həmin şəxs tərəfindən döyülüb.

Yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaşlı qadına dərhal tibbi yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)


Teqlər: Şəmkir   Qoca  





Xəbər lenti