Telekanallarımız kosmosdan yayımlanacaq
Kosmik ölkələr sırasında gənc olmasına baxmayaraq artıq bir sıra dövlətlər Azərbaycanla bu sahədə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb. İlk belə ölkələrdən biri isə Yaponiyadır. «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»-da elə bu məqsədə xidmət edir.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe: "Azərbaycan insan resurslarına, əsasən də gənc nəslin inkişafına diqqət yetirməsi ilə seçilir. Dövlətiniz təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngindir. Yaponiya hər zaman bu sahədə Azərbaycana dəstək olub və bu gələcəkdə davam etdiriləcək. Hazır ki, seminar isə əlaqələrimizi kosmik sahədə də inkişaf etdirməyə imkan verəcək. Yapon şirkətləri bu sahədə Azərbaycana sərmayə yatırmaq niyyətindədir."
Seminarda həmçinin vuruğlanıb ki, Asiya regionu iki amil ilə-texnoloji inkişaf və geniş bazarı ilə Azərbaycanı cəlb edir.
Teqlər: