Bakı məktəblərində dərsə davamiyyət aşağı düşüb

Bakı məktəblərində dərsə davamiyyət aşağı düşüb
  01 Fevral 2017    Oxunub:1965
Bakı məktəblərində şagirdlərin dərsə davamiyyəti 75-80 faiz təşkil edir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsinin məlumat verilib.

Qeyd edilib ki, qarlı və şaxtalı hava şəraitinə baxayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi normal şəkildə davam edir.

“Hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət 75-80 faiz təşkil edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti