Qar qəzalara səbəb oldu: 3 ölü, 21 yaralı
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Qəzaların 3-ü , ölüm hadisəsinin 1-i, yaralanmanın isə 10-u Bakı şəhərində qeydə alınıb. Bakıda hava şəraiti ilə əlaqədar ölüm hadisəsi dünən saat 23.50 radələrində Qaradağ rayonu ərazisində Xocahəsən yolunda baş verib. Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb. Beyləqan rayonu ərazisində sürüşmə nəticəsində avtomobil aşıb və bir nəfər həmin hadisə zamanı həlak olub. Bir piyadavurma hadisəsi isə Ucar rayonunda olub.
İlkin Nəcəfzadə
AzVision.az