Dərsə davamiyyət aşağı düşüb - Qarlı havaya görə

Dərsə davamiyyət aşağı düşüb - Qarlı havaya görə
  01 Fevral 2017    Oxunub:1616
Məktəblilərin 5 günlük qış tətili bu gündən başa çatıb. Məlumata görə, lakin ölkədə müşahidə edilən qarlı hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.

C. Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti