Öcalandan məktub var

Öcalandan məktub var
  27 Fevral 2013    Oxunub:1501
PKK lideri kürd probleminin mərhələli həll variantını təklif edir.
PKK lideri Abdullah Öcalanla aparılan uzunmüddətli danışıqlardan sonra, onun öz xəttiylə yazdığı 20 səhifəlik məktub kürdlərin siyasi təmsilçisi hesab olunan Barış və Demokratiya Partiyasına çatdırılıb. Türkiyə mətbuatının məlumatına görə, məktubda Öcalan kürd probleminin mərhələli həll variantını təklif edir.

Təklifə əsasən hər şeydən əvvəl PKK-çı qrupların Türkiyəni tərk edərək İraqın şimalına çəkilməsi planlaşdırılır. Daha sonra isə tərəflər arasında danışıqların keçirilməsi üçün komissiyanın formalaşdırılması nəzərdə tutulur.

Bütün bunlar yerinə yetirildikdən sonra Apo son olaraq terrorçuların dağlardan enərək təslim olması və ailələrinə geri qaytarılmasını təklif edir.

Türkiyə hökuməti isə bu məlumatla bağlı konkret açıqlama verməyib.


Teqlər:  





Xəbər lenti