Gömrükdə siqaret əməliyyatı keçirilib

Gömrükdə siqaret əməliyyatı keçirilib
  16 Yanvar 2017    Oxunub:2492
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti