Nəcməddin Sadıkov NATO-nun iclasında iştirak edəcək

Nəcməddin Sadıkov NATO-nun iclasında iştirak edəcək
  16 Yanvar 2017    Oxunub:1580
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək.
Müdafiə nazirliyinin mətbuat xitmətindən AzVision.az-a verilən xəbərə görə, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti