101 yaşlı Niyazi - VİDEO

101 yaşlı Niyazi - VİDEO
  20 Avqust 2013    Oxunub:1894
Bu gün məşhur dirijor və bəstəkar Niyazinin dünyaya gəlməsindən 101 il ötür. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı bu böyük sənətkarın adı ilə bağlıdır.
Niyazi "Xosrov və Şirin" operasının (1942), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

Müslüm Maqomayevin "Nərgiz", Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operasının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletininin dirijorluğunu edib.

1984-cü il avqustun 2-də oğulluğu Ceyhun tərəfindən öldürülüb.

AzVision.az





Teqlər:  





Xəbər lenti