Namizədliyi təsdiqləndi

Namizədliyi təsdiqləndi
  27 Fevral 2013    Oxunub:1514
Çak Heygel əsas vəzifələrə təyinatlarda ən mübahisəli fiqur olub.
ABŞ Senatı Çak Heygeli yeni müdafiə naziri vəzifəsinə təsdiqləyib. Onun leyhinə 58, əleyhinə isə 41 senator səs verib. İndiyədək Barak Obama tərəfindən əsas vəzifələrə göstərilən namizədlərdən heç birinin təsdiqi belə mübahisəli olmamışdı.

66 yaşlı Çak Heygelə qarşı keçmiş partiyadaşları çıxış edirdilər. Ona qarşı əsas iradlar 1997-2009-cu illərdə Senatda təmsil olduğu dövrlə bağlıdır. Çak Heygel senator kimi dəfələrlə İsraili tənqid edib, ABŞ-ın İsraili dəstəkləyən ictimai təşkilatlarının təşəbbüslərini müdafiə etməyib. Hətta, o, bir dəfə güclü yəhudi lobbisinə qarşı çıxıb və bəyan edib ki, İsrail yox, Amerika senatorudur. Çak Heygel dərhal antisemitizmdə günahlandırıldı. Bundan başqa, Çak Heygel İranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdar çıxıb, İsrail və ABŞ-ın İranı müharibəyə cəlb etmək cəhdlərini pisləyib.


Teqlər:  





Xəbər lenti